İtkin düşən erməni əsgərini qaytaracağını vəd edən dələduz tutuldu

İtkin düşən erməni əsgərini qaytaracağını vəd edən dələduz tutuldu
  02 Mart 2021    Oxunub:1696
Ermənistanda itkin düşən əsgərin atasından oğlunun qaytarılacağı vədi ilə 15 min dollar tələb edən şəxs saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, X.A. adlı əsgər Qarabağ müharibəsində iştirak edib və itkin düşüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, V.K. 2021-ci ilin yanvarında əsgərin atası A.A ilə əlaqə saxlayıb və guya xarici ölkələrlə əlaqələri olduğunu deyərək, oğlunun yerini aydınlaşdırdığını bildirib.

O, əsgərin guya Azərbaycanda olduğunu və üçüncü bir ölkə vasitəsilə vətəninə dönməsini təşkil etmək üçün 30 min dollar istəyib. Həmin şəxs 15 min dolları Qırmıza Xaç Komitəsinə verəcəyini deyib.

V.Q. izi itirmək üçün A.A.-ya aldığı məbləği sənədləşdirməyi təklif edib. 24 fevralda A.A. dələduzluq yolu ilə 15 min dollar alarkən Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti