İlon Mask dünyanın ən zəngin adamıdır

 İlon Mask dünyanın ən zəngin adamıdır
  02 Mart 2021    Oxunub:1463
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask dünyanın ən zəngin adamlarının reytinqinə başçılıq edir.
Azvision.az xəbər verir ki, bu barədə “Hurun” biznes nəşri (“Forbes”un Çin versiyası) yazıb.

Məlumata görə, onun sərvəti il ərzində 151 milyard ABŞ dolları artaraq 197 milyard dollara çatıb. İş adamı əsas gəlirini səhmlərinin 21%-nə sahib olduğu “Tesla”dan əldə edib.

Qlobal reytinqdə ilk üçlükdə “Amazon”un qurucusu Ceff Bezos və “Louis Vuitton Moet Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno da yer alıb. Onların sərvəti müvafiq olaraq 189 və 114 milyard ABŞ dolları həcmində qiymətləndirilib.

“Hurun”un reytinqində ilk dəfə “TOP-10”a çinli milyarder də daxil olub. “Nongfu” brendi ilə içməli su istehsal edən 67 yaşlı Çjun Şanşan 85 milyard dollarlıq sərvəti ilə reytinqdə yeddinci yerdə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl "Bloomberg" də "Tesla və SpaceX"in qurucusu Maskı dünyanın ən zəngin insanları siyahısında ilk sırada göstərib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İlonMask  





Xəbər lenti