Təhsil Nazirliyindən müəllimlərə 8 mart xəbərdarlığı

 Təhsil Nazirliyindən müəllimlərə  8 mart xəbərdarlığı
  02 Mart 2021    Oxunub:2709
"Təhsil Nazirliyi qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir. Bu gün pedaqoji heyətimizin böyük əksəriyyətini təşkil edən xanım müəllimlərimizin həm də fədakar ana kimi Vətən müharibəsində iştirak etmiş qəhrəman övladlarımızın yetişməsində rolu danılmazdır".
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilikdə cəmiyyət olaraq birgə mübarizə aparmalı, dəyərlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıdır:

"Bu və ya digər hallarla bağlı Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) və yaxud [email protected] elektron poçt ünvanına anonim olmadan müraciət edə bilərsiniz".

Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti