Ermənistanda koronavirusa yoluxanların sayı yenidən artır

 Ermənistanda koronavirusa yoluxanların sayı yenidən artır
  02 Mart 2021    Oxunub:2365
Ermənistanda son sutka ərzində daha 240 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 172 456 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3200-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 818 nəfərdir. Aktiv xəstələrin sayı 4700 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti