İranda 4 nəfər edam olundu

   İranda 4 nəfər edam olundu
  02 Mart 2021    Oxunub:2077
İranın cənub-qərbindəki Xuzistan əyalətinin Əhvaz şəhərində 4 nəfər “qiyam” ittihamı ilə edam edilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, İran İnsan Haqları Aktivistləri Agentliyinin üzvləri olan Qasım Heydəri, Əli Hosarci, Hüseyn Silavi və Nasır Hafacıyan adlı 4 nəfər “qiyam” ittihamı ilə bazar günü (1 mart – Azvision.az) Əhvəz şəhərindəki Sepidar həbsxanasında edam edilib.

Edam edilən şəxslər 2017-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən Əhvazdakı iki polis bölməsinə hücum “ittihamı” ilə tutulublar. Dərhal Əhvaz məhkəməsi onları edam cəzasına məhkum edib.

Edam edilən şəxslər 28 yanvarda onlarla görüşün qadağan edilməsi və həbsxana rəhbərliyinin pis rəftarına etiraz əlaməti olaraq dodaqlarını tikərək aclıq aksiyası keçiriblər.

Təhlükəsizlik qüvvələrinə yaxın bəzi media qurumları bildirib ki, sözügedən şəxslər “terror fəaliyyəti” ittihamı ilə edam edilib. Onların Suriyada fəaliyyət göstərən “Əl-Nusra” qruplaşması ilə əlaqəsi olduğu iddia olunur.

Azvision.az


Teqlər: İran   Edam  





Xəbər lenti