Türkiyədə toyların keçirilməsinə icazə verildi

   Türkiyədə toyların keçirilməsinə icazə verildi
  02 Mart 2021    Oxunub:1807
Türkiyədə Nazirlər Kabinetinin iclasından sonra toyların necə keçiriləcəyi bəlli olub.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toylar yeni növ koronavirus infeksiyasının regionlarda yayılma nisbətinə görə keçiriləcək.

Belə ki, az və orta riskli vilayətlərdə maksimum 100 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə veriləcək.

Virusun yayılma riski yüksək olan bölgələrdə qonaqların sayı 50 nəfərdən çox olmayacaq. Hər iki halda toylar bir saatdan çox davam etməyəcək.

Azvision.az


Teqlər: Toy   Türkiyə  





Xəbər lenti