Ermənistan müxalifəti növbəti mitinq gününü elan etdi

 Ermənistan müxalifəti növbəti mitinq gününü elan etdi
  02 Mart 2021    Oxunub:1546
Ermənistan müxalifəti növbəti mitinqi martın 3-nə təyin edib.
Azvision.az xəbər verir ki, bu barədə “Vətənin qurtuluşu hərəkatı”nın koordinatoru İşxan Saqatelyan deyib.

O bildirib ki, müxalifət mübarizəsini davam etdirir və 3 mart saat 16:00-da növbəti mitinq keçiriləcək:

“Baqramyan prospekti bizim mübarizənin meydanıdır. Bura bizim evimiz, səngərimiz, erməni xalqının döyüş meydanıdır. Bu ərazini yalnız bu xaini ardan çıxardıqdan sonra azad edəcəyik. Gecəni bu meydanda keçiririk. Bura Ermənistanın siyasi gündəmidir. Nikol mövcud deyil”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: mitinq  





Xəbər lenti