Ərdoğan Azərbaycanla ticarət sazişini təsdiqlədi

Ərdoğan Azərbaycanla ticarət sazişini təsdiqlədi
  02 Mart 2021    Oxunub:2132
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə “Resmi Gazete”də məlumat yer alıb.

Qərara əsasən, sənəd artıq qüvvəyə minib.

Xatırladaq ki, saziş 2020-ci ilin fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası çərçivəsində imzalanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Saziş  





Xəbər lenti