Ermənilər Amaras monastrını ziyarət etdilər

 Ermənilər Amaras monastrını ziyarət etdilər
  02 Mart 2021    Oxunub:2349
Rusiya sülhməramlılarının müşayiəti ilə Dağlıq Qarabağda 30-a yaxın erməni zəvvar Amaras monastırını ziyarət edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası çərçivəsində, sülhməramlılar Dağlıq Qarabağda dinc həyatın bərpasına kömək göstərməyə davam edirlər. Rus sülhməramlıları Xankəndi şəhərindən Amaras monastırına və geri qayıdan erməni zəvvarların təhlükəsizliyini təmin edib.

"Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin birgə bəyanatında göstərilən razılaşmalara uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən tamamilə atəşkəs elan edildi və Dağlıq Qarabağdakı bütün hərbi əməliyyatlar dayandırıldı. Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün yerləşib. Rus sülhməramlıları qaçqınların təhlükəsiz qayıtmasını və Dağlıq Qarabağdakı atəşkəs rejimini təmin edirlər", - deyə məlumatda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti