Bir gündə 348 minə yaxın yoluxma aşkarlandı - STATİSTİKA

Bir gündə 348 minə yaxın yoluxma aşkarlandı -  STATİSTİKA
  02 Mart 2021    Oxunub:1522
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 114 milyon 994 min 666 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 550 min 287 nəfərdir. İndiyədək 90 milyon 711 min 173 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 347 981 nəfər yeni koronavirusa yoluxub, 7238 nəfər dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 29 314 254 nəfər virusa yoluxub, 527 226 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 11 124 527 yoluxma qeydə alınıb. Onlardan 157 275 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 10 589 608 nəfərdə virus aşkar edilib. Xəstələrdən 255 836 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 257 650 yoluxma, 86 455 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 182 009 nəfər virusa yoluxub ki, onlardan 122 953-ü ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti