“Üçtərəfli bəyanata zidd hərəkət böyük faciəyə səbəb ola bilər” - Matviyenko
“Biz Ermənistan liderlərinin məsuliyyətli olduqlarına ümid edirik, buna çox inanırıq. Hansı hadisələrin baş verməsindən asılı olmayaraq, davamlılıq olmalıdır (Dağlıq Qarabağla bağlı bəyanatın həyata keçirilməsində - red.) Bu bəyanata zidd olacaq hər hansı hərəkət, hər hansı bir addım böyük faciəyə səbəb ola bilər. Buna yol vermək olmaz”, - deyə Matviyenko bildirib.
O, üçtərəfli bəyanatın Qafqaza sabitlik gətirdiyini söyləyib: “Proseslər davam edir, onlar sadə deyil, mürəkkəbdirlər. Hər gün bu və ya digər nüanslar yaranır. Lakin əsas odur ki, razılıq əldə edildi. İndi bunun davam etdirilməsinə çalışmalıyıq”.
Azvision.az
Teqlər: Matviyenko