Paşinyan Sarkisyanı ordunu onun üzərinə qaldırmaqda ittiham etdi

  01 Mart 2021    Oxunub : 2350
Paşinyan Sarkisyanı ordunu onun üzərinə qaldırmaqda ittiham etdi
Ermənistanın baş naziri Nikol Paşinyanın fikrincə, silahlı qüvvələrin baş qərargah rəisinin onun istefası barədə bəyanatı sabiq prezident Serj Sarkisyanın təsirinin nəticəsidir.
Azvision.az xəbər verir ki, Paşinyan bunu Respublika meydanında keçirilən mitinqdə deyib.

“Açıq demək istəyirəm ki, baş qərargahın bəyanatı keçmiş hakimiyyətin, o cümlədən Serj Sarkisyanın təsirinin nəticəsidir. Baş qərargah rəisi öz bəyanatı ilə qanunu pozub və istefa verməlidir. Bu qaçılmaz olsa da, o demək deyil ki, bundan sonra silahlı qüvvələrin sıralarında qan düşəcək. Sarkisyan və keçmiş hakimiyyət ordunu qanuni hakimiyyətin əleyhinə qaldırmağa cəhd göstərir”, - deyə Paşinyan qeyd edib.

Azvision.az

Teqlər: Ermənistan   Paşinyan