Ukrayna telekanalı Prezidentin mətbuat konfransı barədə xüsusi reportaj yayımladı

 Ukrayna telekanalı Prezidentin mətbuat konfransı barədə xüsusi reportaj yayımladı
  01 Mart 2021    Oxunub:1999
Ukraynanın nüfuzlu “1+1” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı və işğaldan azad olunan ərazilərimiz barədə xüsusi reportaj yayımlayıb.
Azvision.az xəbər verir ki, reportajda Azərbaycan Prezidentinin işğaldan azad olunan ərazilərində yerli əhalinin reinteqrasiyası, Azərbaycan və erməni əhalisinin birgə yaşayışına dair fikirləri yer alıb.

“Ağdam Qafqazın Xerosiması adlandırılır”, - deyən jurnalist, həmçinin reportajda Ağdam məscidinin dağıdılmasından görüntülər təqdim edir, ümumilikdə şəhərin dağıdıldığını qeyd edir. Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etmədiyini vurğulayan ukraynalı jurnalist ərazilərin minalardan necə təmizlənməsi barədə ətraflı məlumat verib.

Reportajda, həmçinin işğaldan azad olunan ərazilərdə infrastruktur layihələr barədə fikirlər də yer alıb. Füzuli rayonunda beynəlxalq hava limanının, yeni magistral yolun tikintisi barədə də məlumat verilib.







Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Ukrayna   Mətbuat  





Xəbər lenti