Ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib

   Ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib
  01 Mart 2021    Oxunub:1626
Korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Şura tərəfindən məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan qaldırılıb, o cümlədən 2 məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub.
Məhkəmə-Hüquq Şurasından Azvision.az -a verilən məlumata görə, fəaliyyətdə şəffaflığın təmin edilməsi üçün məhkəmə qərarlarının dərci üzrə xüsusi proqram təminatı hazırlanıb.

Həmçinin, ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib, fəaliyyətində aşkar edilən pozuntular 80-dən çox hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb. 16 hakimin səlahiyyətlərinə müxtəlif əsaslarla, o cümlədən səlahiyyət müddəti uzadılmadığına görə xitam verilib.

Azvision.az


Teqlər: Məhkəmə   Hakim   Şura  





Xəbər lenti