Ana dilinin saflığının qorunması müzakirə olundu - FOTOLAR

Ana dilinin saflığının qorunması müzakirə olundu -  FOTOLAR
  01 Mart 2021    Oxunub:3261
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində dilçi alimlər, peşəkar KİV əməkdaşları, səlis nitqi olan mədəniyyət və incəsənət xadimləri, fərdi inkişaf mütəxəssisləri ilə görüş keçirilib.
Azvision.az xəbər verir ki, görüşdə AMEA-nın Əlyazmalar İnstitutunun baş elmi işçisi, professor Tərlan Quliyev, peşəkar teleaparıcılar - Əməkdar artist Rafiq Həşimov, Əməkdar artist Nailə İslamzadə, Dilarə Səlim, Lalə Azərtaş, Real TV- nin baş direktoru, Əməkdar jurnalist Mirşahin Ağayev, ASAN xidmətin mətbuat katibi Elnur Niftəliyev, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev, Əməkdar jurnalist, "AzVision.az" saytının baş redaktoru Vüsal Məmmədov, həmçinin Şahin Əliyev, Ceyhun Əli, Teymur Əliyev, Günel Bəhramqızı, incəsənət xadimləri - Əməkdar artist, dos.Azad Şükurov, Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev, Əməkdar artist Aygün Qurbanova, ADA Universitetinin Beynəlxalq və ictimai əlaqələr fakültəsinin müəllimi Şəfəq Mehrəliyeva iştirak ediblər.



Görüş zamanı müxtəlif sahələrdə ana dilinin saflığının qorunması məqsədilə təşkil olunacaq təlimlər və birgə əməkdaşlıq barədə müzakirələr aparılıb. Tədbiri giriş sözü ilə Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva açaraq qurumun fəaliyyəti haqqında məlumat verib və keçiriləcək təlimlərin məqsədi, əhəmiyyəti barədə danışıb. Təlimlərin əsas məqsədi ədəbi dil normalarının qorunması, televiziya, radio aparıcılarının nitqlərindəki qüsurların aradan qaldırılması və saytların dilinin təkmilləşdirilməsinə nail olmaqdır.

Tədbir iştirakçıları əməkdaşlıqla bağlı arzu və təkliflərini bildiriblər.









Azvision.az


Teqlər: Dövlət   Dil   Komissiya   Görüş  





Xəbər lenti