Bərdədə ağır yol qəzası: 2 ölü, 3 yaralı

   Bərdədə ağır yol qəzası:    2 ölü, 3 yaralı
  01 Mart 2021    Oxunub:2263
Bərdə rayonunun Samux kəndi ərazisində ağır yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, "VAZ -2106", "VAZ-2107" və "Haval" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər həlak olub, üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəsarət alanlar bir ailənin üzvləridir. Qəzanın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Bərdə   Qəza  





Xəbər lenti