Türkiyədə koronavirusa yoluxma sayı azaldı

 Türkiyədə koronavirusa yoluxma sayı azaldı
  01 Mart 2021    Oxunub:2232
Türkiyədə son sutka ərzində 66 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 8424 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 28 569, virusa yoluxanlar isə 2 701 588 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 572 234 pasiyent (son sutkada 6511 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti