Füzulidəki yeni aeroportun uzunluğu 3 kilometr olacaq

Füzulidəki yeni aeroportun uzunluğu 3 kilometr olacaq
  28 Fevral 2021    Oxunub:1853
Füzulidə yeni qurulan hava limanının uzunluğu 3 min metr olacaq.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə gürcü jurnalistlərinə Füzuli aeroportunun tikinti işlərini aparan şirkətin nümayəndəsi Şaiq Qocayev məlumat verib.

Şirkət nümayəndəsi bildirib ki, Füzuli aeroportunun uçuş eniş zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hazırda torpaq qatı çıxardılaraq əvəzinə təbii çınqıl materialı döşənir. Daha sonra asfalt örtüyü çəkiləcək.

Ş.Qocayev bildirib ki, tikinti işlərinin vaxtında başa çatması üçün əraziyə çoxlu sayda texnika və işçi qüvvəsi cəlb olunub.

Azvision.az


Teqlər: Füzuli   Aeroport  





Xəbər lenti