Ermənistan müxalifətindən impiçment təklifinə etiraz

 Ermənistan müxalifətindən impiçment təklifinə etiraz
  28 Fevral 2021    Oxunub:2452
"Ermənistanın hazırkı hakimiyyəti hər kəslə ortaq dil tapmağa çalışmır və vəziyyəti həll etmək üçün addım atmır".
Azvision.az xəbər verir ki, bu barədə "Maariflənmiş Ermənistan" fraksiyasının lideri Edmon Marukyan "Facebook" səhifəsində hakim "Mənim addımım"dan olan həmkarı Vahagn Hovakimyanın ölkə prezidentinin impiçment ehtimalı ilə bağlı açıqlamasına münasibət bildirərək yazıb.

"Hər kəslə dil tapmaq və bu böhrana həll tapmaq əvəzinə hökumət Ermənistan prezidenti Armen Sarkisyana impiçment üçün əsasların olduğunu bəyan edir. Bənzər bir prosesin parlamentdə başladıldığını təsəvvür edirsiniz? Özünüzü məhv etmənin son nöqtəsinə çatmaq istəyirsinizsə, bunu edin", - deyə müxalif deputat Marukyan bildirib.

Qeyd edək ki, Ermənistan parlamentinin hakim "Mənim addımım" fraksiyası prezidentə qarşı impiçment prosesinin mümkünlüyünü gündəmə gətirib. Buna səbəb Armen Sarkisyanın Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması ilə bağlı baş nazir Nikol Paşinyanın sərəncam layhəsini imzalamaqdan imtina etməsi göstərilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Prezident   Ermənistan   İmpiçment  





Xəbər lenti