Qonşu ölkədə 93 nəfər virusun qurbanı oldu

Qonşu ölkədə 93 nəfər virusun qurbanı oldu
  28 Fevral 2021    Oxunub:2210
İranda son sutka ərzində 93 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 60 073 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 8 010 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 1 631 169-a yüksəlib.

Məlumatda, həmçinin 3731 nəfərin ağır vəziyyətdə olduğu, 1 393 125 nəfərin isə xəstəlikdən sağaldığı qeyd olunub.

Azvision.az



Teqlər: İran   virus  





Xəbər lenti