Somalidə generala qarşı sui-qəsd cəhdi: 2 nəfər öldü
Partlayış Xodan rayonunda Müdafiə Qüvvələri rəhbərinin müavini, general Abas Amin Əlinin kortecinin keçdiyi vaxt baş verib. Partlayış zamanı generalın mühafizəçilərindən ikisinin öldürüldüyü, digərinin yaralandığı bildirilir. Generalın özü isə xəsarət almayıb.
Əş-Şabab terror təşkilatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Şahanə Rəhimli
Azvision.az