“Ermənistanı qəsdən fəlakətə aparırlar” - Edmon Marukyan
Azvision.az xəbər verir ki, bu barədə "Maariflənmiş Ermənistan" partiyasının lideri və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan Baş Qərargah rəisi Onik Qasparyanla bağlı hadisələri şərh edərkən deyib.
"Baş aktyor- baş nazir vəziyyəti düzəltmək və daxili siyasi böhranı həll etmək üçün heç bir məsuliyyətli, uzaqgörən addım atmır. Belə çıxır ki, ölkə hələ 13 gün də qeyri-müəyyən, çıxılmaz vəziyyətdə qalacaq. Ölkəni qəsdən qeyri-müəyyənliyə və qeyri-sabitliyə sürükləyirlər, bunun nəticələri ağır olacaq".
Xatırladaq ki, baş nazir Nikol Paşinyan fevralın 25-də generalların baş naziri istefa verməyə tələb edən açıqlanmasından sonra Baş Qərargah rəisini işdən qovmaq haqqında qərar verib. O, bunu çevriliş cəhdi elan edib.
Ölkə müxalifəti Qasparyana dəstək göstərmək məqsədi ilə müddətsiz etiraz aksiyalarının başladığını bildirib və parlament binasının yaxınlığında çadırlar qurub.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Etiraz Ermənistan