Gürcüstanın koronavirus statistikası açıqlandı

Gürcüstanın koronavirus statistikası açıqlandı
  28 Fevral 2021    Oxunub:1975
Gürcüstanda son sutka ərzində koronavirusa 248 yeni yoluxma faktı qeydə alınıb, 11 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə məqsədilə yaratdığı xüsusi saytda məlumat yer alıb.

Qeyd olunub ki, ölkədə pandemiya başlayandan bəri 270 758 yoluxma halı aşkarlanıb, 265 114 nəfər sağalıb. İndiyədək koronavirusa yoluxanlardan 3 510 nəfəri həyatını itirib.

Hazırda karantin rejimində 323, stasionar nəzarətdə isə 1 472 nəfər saxlanılır.

Azvision.az


Teqlər: Gürcüstan   virus  





Xəbər lenti