Yunan jurnalist Prezidentin mətbuat konfransından reportaj hazırladı

  27 Fevral 2021    Oxunub : 1643
   Yunan jurnalist Prezidentin mətbuat konfransından reportaj hazırladı
Yunanıstanın “real.gr” xəbər portalının əməkdaşı Vana Stellou Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransından reportaj hazırlayıb.
Reportaj sözügedən portalda dərc edilib.

Bakıda mətbuat konfransında iştirak edən yunan jurnalist əvvəlcə Ağdam rayonu barədə məlumat verərək buranı tarixi şəhər adlandırıb: “Tarixi Ağdam şəhəri Azərbaycanın cənub-qərbində, Dağlıq Qarabağla sərhəddə, 18-ci əsrin əvvəlində salınıb. Dağıdılmış evləri hökumətin qısa müddətdə inşa ediləcəyini deyən Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda nəqliyyat və elektrik enerjisi də daxil olmaqla, bütün iqtisadi şəbəkələrin bərpa edilməsi üçün çox çalışır. İlham Əliyev qaçqınların geri dönəcəklərini söylədi”.

Vana Stellou daha sonra yazıb: “Təxminən 5 saat davam edən mətbuat konfransında İlham Əliyev Ermənistandakı hadisələrə də toxundu. Dövlət başçısı Ermənistanda baş verən hadisələrin bölgədəki ölkələri də narahat etdiyini söylədi. Prezident Əliyev əlavə etdi ki, bu dəqiqə Ermənistan böhranla üz-üzədir: "Heç bir ölkənin beynəlxalq işlərinə qarışmırıq. Ermənistandakı vəziyyətə baxmayaraq, 10 noyabr 2020-ci il tarixli atəşkəs razılaşması icra edilir və icra edilməlidir. Ümid edirəm ki, Ermənistan 10 noyabr razılaşmasına əməl edəcək. Əks təqdirdə, daha pis vəziyyətdə olacaq. Başqa seçim yoxdur”.

Yunanıstanlı müxbir, həmçinin Azərbaycan Prezidentinin müsahibəsindən sitat gətirərək vurğulayıb ki, bu gün Ermənistan dövlətin təməllərini silkələyən çətin vəziyyətdədir: “Ölkənin əvvəlki və hazırkı rəhbərliyi məsuliyyət daşıyır. Ermənistandakı mövcud siyasi böhran işğal siyasətinin nəticəsidir”.

“İlham Əliyev davam edir: “Bizim siyasətimiz Ermənistanı iqtisadi cəhətdən zəifləmək və iqtisadi layihələrdən təcrid etmək idi. Mən onlara dedim ki, torpaqlarımızı işğal etməyi dayandırın. Bizi vaxtında dinləsəydilər, indi belə pis vəziyyətdə olmazdılar”. Prezident bildirdi ki, Azərbaycan xalqının Dağlıq Qarabağ sülhməramlı missiyasının nəzarətində olan ərazilərə qayıtması 10 noyabrda imzalanan müqaviləyə daxil edilib: “Bəli, bu müddət bir az vaxt aparacaq və birgə səylər tələb edəcək. Ancaq bu qaçılmazdır, başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu başa düşməlidir. Hamı gördü ki, Azərbaycan xalqı yenilməzdir, dəmir iradəyə sahibdir”, - deyə Stellou Azərbaycan Prezidentinin mətbuat konfransında səsləndirdiyi fikirlərindən sitat gətirib.

Azvision.az

Teqlər: Prezident   Müsahibə