Bura Xocavəndin Edilli kəndidir - FOTOREPORTAJ

Bura Xocavəndin Edilli kəndidir -  FOTOREPORTAJ
  27 Fevral 2021    Oxunub:7293
İşğaldan azad edilmiş ərazilərdə növbəti səfərimiz Xocavənd rayonunun Edilli kəndinədir. Bu kənd təmiz havası və gözəl təbiəti ilə göz oxşayır. Qarabağ silsiləsinin cənub-şərq ətəyində yerləşən Edilli toponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Vaxtilə kənddə azərbaycanlılarla azsaylı ermənilər birgə yaşayıb.
1988-ci ildən başlayaraq Dağlıq Qarabağda erməni separatçıları azərbaycanlılara qarşı soyqırımlar törədiblər. O cümlədən, Edilli kəndində həmyerlilərimiz ermənilər tərəfindən amansız hücumlara məruz qalıb. İşğaldan əvvəl burada beynəmiləl məktəbi olub. Həmin məktəbdə azərbaycanlılarla yanaşı ermənilər də təhsil alıblar. 1989-cu ilin sentyabr ayında azərbaycanlı şagirdlər məktəbdən zorla qovulublar. Belə ki, bir günün içərisində müəllim heyəti və uşaqlar buranı tərk etmək məcburiyyətində qalıblar. Həmin vaxtlar təhsil ocağının rəhbər şəxsləri ermənilər olub.



Düşmənin davam edən hücumları bir neçə il sonra kəndin işğalı ilə nəticələnib. Edilli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. İşğal dövründə kənddə azərbaycanlılara məxsus tarixi abidələr, qəbiristanlıqlar ermənilər tərəfindən məhv olunub.



15 oktyabr 2020-ci ildə Müzəffər Azərbaycan Ordusu kəndi işğaldan azad edib. Döyüşlər zamanı düşmən hərbçiləri evlərdə və məktəbdə gizlənərək oradan sığınacaq kimi istifadə ediblər.

Edilidə azərbaycanlıların yaşadığı evlərin çoxu yararsız vəziyyətə salınıb. Yalnız bir neçə tikiliyə rast gəlmək olar ki, bunlar da sonradan ermənilər tərəfindən inşa edilib. Həmçinin, işğal dövründə ermənilər burada özləri üçün yeni məktəb binası tikiblər.



Kənddə olduğumuz zamanı bir neçə evə baş çəkdik. Görünən o idi ki, işğaldan sonra ermənilər kənddə yaşayıb, azərbaycanlılara məxsus olan nə varsa, hamısını mənimsəyiblər.


















































Anar Kəlbiyev
Azvision.az


Teqlər: Edilli   Kənd   Xocavənd  





Xəbər lenti