Britaniyada daha 345 nəfər koronavirusdan öldü

Britaniyada daha 345 nəfər koronavirusdan öldü
  27 Fevral 2021    Oxunub:1739
Böyük Britaniyada son sutka ərzində 8523 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 163 085 nəfərə çatıb.

Ötən 24 saatda daha 345 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 122 415 nəfərdir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti