Finlandiya 3 həftəlik sərt karantinə keçir

Finlandiya 3 həftəlik sərt karantinə keçir
  26 Fevral 2021    Oxunub:1860
Finlandiya hökuməti ölkədə koronavirusla bağlı vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq 3 həftəlik sərt karantin elan edib.
Azvision.az xəbər verir ki, 8-28 mart tarixlərini əhatə edəcək karantin müddətində bir sıra məhdudiyyətlər tətbiq ediləcək.

Xüsusilə lisey şagirdləri məsafədən təhsil alacaq və mövcud karantin məhdudiyyətlərinə əlavə olaraq digər qapanmalar da reallaşdırılacaq.

Bundan əlavə, restoranlar işləməyəcək. Eyni zamanda ölkədə fövqəladə vəziyyətin elan olunması gözlənilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Finlandiya   Karantin  





Xəbər lenti