Tbilisidə Xocalıya həsr edilmiş avtoyürüş keçirildi

Tbilisidə Xocalıya həsr edilmiş avtoyürüş keçirildi
  26 Fevral 2021    Oxunub:1983
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Gürcüstan paytaxtı Tbilisidə avtoyürüş təşkil olunub.
Azvision.az xəbər verir ki, üzərində “Xocalıya ədalət!” kampaniyasının loqosunu və Bakıdakı soyqırımı abidəsini özündə əks etdirən plakatlar yerləşdirilmiş 3 kiçik və 5 böyük yük avtomobili fevralın 26-da səhər tezdən axşam saatlarınadək Tbilisi şəhəri ərazisində hərəkət edib.

Səfirliyin qarşısından hərəkətə başlayan avtomobillər şəhərin mərkəzi küçə və prospektlərindən keçib.

Bu yürüş əhalinin diqqətini cəlb edib və böyük marağına səbəb olub.





Azvision.az



Teqlər: Xocalı   Tbilisi  





Xəbər lenti