Ərdoğandan Ermənistandakı çevriliş cəhdinə reaksiya: “Türkiyə buna qarşıdır”

Ərdoğandan Ermənistandakı çevriliş cəhdinə reaksiya:  “Türkiyə buna qarşıdır”
  26 Fevral 2021    Oxunub:2974
Türkiyə hər cür çevrilişə qarşıdır.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistandakı son hadisələrə münasibət bildirərkən deyib.
"Çevrilişləri qəbul etmək bizim üçün mümkün deyil. Hərbçilərin belə çevriliş cəhdi qəbul edilə bilməz. Hakimiyyət dəyişikliyini Ermənistan xalqı edir. Bunu da erməni xalqının ixtiyarına buraxmaq lazımdır. Çevrilişə baxışımız fərqlidir", - Ərdoğan əlavə edib.

Xatırladaq ki, ötən gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Baş nazir dərhal Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərərək ölkədə hərbi çevrilişə cəhdin olduğunu bəyan edib. Bundan sonra Paşinyan tərəfdarları qarşısına çıxış edərək, ölkədə vəziyyətin gərgin olduğunu bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti