Son sutkada yoluxanların sayı sağalanları ötdü

 Son sutkada yoluxanların sayı sağalanları ötdü
  26 Fevral 2021    Oxunub:2411
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 233 989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 479 nəfər müalicə olunaraq sağalıb, 3 213 nəfər vəfat edib, aktiv xəstə sayı 2 297 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 908, ötən müddət ərzində isə 2 583 362 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti