“Xocalı şəhidlərinin qanı yerdə qalmadı”- Necip Topuz

“Xocalı şəhidlərinin qanı yerdə qalmadı”-   Necip Topuz
  26 Fevral 2021    Oxunub:1082
Türkiyənin Karataş bələdiyyə başqanı Necip Topuz Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycana dəstək nümayiş etdirib.
Azvision.az xəbər verir ki, Necip Topuz Xocalıda erməni hərbçilərinin hücumları zamanı həyatını itirən azərbaycanlıların xatirəsinin hər zaman yad edildiyini və bu gün də anıldığını söyləyib.

“Xocalı şəhidlərinin qanı yerdə qalmadı və onların intiqamı alındı. Bəşər tarixinin ən qanlı cinayətlərindən biri olan bu qırğın dünyada Xocalı soyqırımı olaraq bilinir. Erməni ordusunun hücumu nəticəsində məlum vəhşiliklər törədilib ki, nəticədə 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 nəfər şəhid olub, 487 nəfər ağır yaralanıb və ya əlil olub”, - deyə türkiyəli bələdiyyə başqanı bildirib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Xocalı   Türkiyə  





Xəbər lenti