Prezident peyvəndlə bağlı sualı cavablandırdı
Dövlətimizin başçısı deyib ki, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir.
"Azərbaycan peyvəndləməyə yanvarın 18-də, yəni Avropada peyvəndləmə başlanandan cəmi bir ay sonra başlayıb. Biz Çində istehsal edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparırıq. Deməliyəm ki, biz həm də lap əvvəldən “COVAX” layihəsinə qoşulmuşuq. Bu layihə üzrə biz “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərini də almalıyıq. Bundan əlavə, biz Azərbaycana “AstraZeneca” vaksininin göndərilməsi barədə lap ilk günlərdən Rusiya tərəfi ilə müvafiq sənədlər imzalamışıq. Ona görə ki, Rusiya şirkətləri postsovet məkanında bu vaksinin, həmçinin “Sputnik” vaksininin distributorlarıdır. Lakin hələlik bu vaksinlər bizə daxil olmayıb. Bizdə olan məlumata görə, “Sputnik” vaksini hələlik Rusiyanın daxili ehtiyaclarını təmin edir və xarici ölkələrə bu vaksin çox məhdud miqdarda göndərilib”, - deyə Prezident əlavə edib.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev Vaksin