“Biz addım-addım öz hədəfimizə çata bilmişik” - İlham Əliyev

 “Biz addım-addım öz hədəfimizə çata bilmişik” -  İlham Əliyev
  26 Fevral 2021    Oxunub:1780
"Azərbaycan Prezidenti olaraq deyə bilərəm ki, Azərbaycan tərəfindən hər hansı aqressiv addım atılmayacaq. Biz bunu heç vaxt etməmişdik və buna ehtiyac yoxdur".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Bəzi məsələlər var ki, 10 noyabr bəyanatında öz əksini tapmayıb, amma sonrakı dövrdə razılaşdırılıb. Bu məsələlərin bir qismi icra edilir, bir qismi isə hələ icra edilmir. Rusiyanın sülhməramlı qüvvələri ərazimizə əcnəbilərin buraxılmasında ciddi addımlar atmır və bu bizi narahat edir. Bunu da Rusiya tərəfinə çatdırırıq. Əminəm ki, vaxt keçdikcə bu məsələlər tənzimlənəcək.

Biz unutmamalıyıq ki, bölgədə və dünyada tam yeni durum yaranıb. Biz buna uyğunlaşmalıyıq. Hər bir ölkə buna öyrəşməlidir. Psixoloji problemlər də var. Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur. Ancaq hər şeyin öz vaxtı və yeri var. Biz addım-addım öz hədəfimizə çata bilmişik. 44 gün ərzində mümkün olmayanı gerçəyə çevirmişik. Bunu tək biz yox, beynəlxalq ekspertlər də deyir. Bizim apardığımız hərbi əməliyyat aparıcı dünya ölkələrinin hərbi məktəblərində öyrədilir. Hesab edirəm ki, müharibə dövründə və sonra mümkün olan maksimum nəticəni əldə etdik. Həyat davam edir, yerində durmur və yeni məsələlər ortaya çıxır. Arzulara və hədəflərə çatmaq üçün nə etməliyik? Ümumi plan çərçivəsində addımlarımızı atacağıq və yeni nailiyyətlər də olacaq", - dövlət başçısı əlavə edib.

Azvision.az



Teqlər: İlhm-Əliyev  





Xəbər lenti