"Qarabağa əcnəbilər yalnız bizim razılıqla daxil ola bilər" - Prezident

 "Qarabağa əcnəbilər yalnız bizim razılıqla daxil ola bilər" -  Prezident
  26 Fevral 2021    Oxunub:1349
İndi Rusiya sülhməramlıları tərəfindən xarici vətəndaşların Dağlıq Qarabağa gizli buraxılışı istiqamətində fəaliyyətləri görəndə bu, bizdə təəccüb doğurur.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Biz Rusiya tərəfi ilə razılaşmışıq ki, ora əcnəbilər yalnız bizim razılıqla daxil ola bilər. Razılaşma da pozulur. Əlavə heç nə deməyəcəyəm, bəlkə, bunu yenə şərh etmək lazım olacaq. Ancaq ora kimin girib-çıxdığını soyadınadək bilirik".

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti