Prezident: “Ağdam 2-3 ilə tam bərpa oluna bilər”

  26 Fevral 2021    Oxunub : 1427
  Prezident:  “Ağdam 2-3 ilə tam bərpa oluna bilər”
"Hesab edirəm ki, Ağdam şəhəri 2-3 il ərzində tam bərpa oluna bilər".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, bundan əvvəl ərazi minalardan təmizlənməli və infrastruktur layihələri həyata keçirilməlidir:

"Bütün şəhərlərin enerji şəbəkəsi yaradılacaq və artıq büdcə proqramı təsdiq edilib, bu ilin sonuna qədər elektrik enerjisi təminatı başa çatdırılacaq. Biz tək evləri tikməli deyilik, orada xəstəxana, məktəb, bağça tikilməli və yeni iş yerləri açılmalıdır. Bütün bu işlər böyük qayıdış proqramının tərkib hissəsidir. Bu işlər tək Ağdama yox, digər şəhərlərə də aiddir. Qarşıda böyük işlər var və biz bütün bunları daxili resurslarımız hesabına edəcəyik və artıq başlamışıq. Orada vətəndaşlarımıza ən yüksək şərait yaradacayıq".

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: İlham-Əliyev   Ağdam