“Qarabağda başqa dilin rəsmi statusu ola bilməz” - Prezident

“Qarabağda başqa dilin rəsmi statusu ola bilməz” -  Prezident
  26 Fevral 2021    Oxunub:3200
“Qarabağda rəsmi dil məsələsi ilə bağlı deyə bilərəm ki, bu manipulyasiya növüdür”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Dağlıq Qarabağı hər kəs Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Düşünürəm ki, bu cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Ona görə də Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz.

Eyni zamanda biz heç bir dilə qarşı hər hansı məhdudiyyət qoymuruq. Bildiyiniz kimi, rus dili Azərbaycanda çox geniş istifadə olunur. Azərbaycanda 340-a yaxın rus bölməli məktəb mövcuddur. Ermənistanda isə bu rəqəm sıfırdır. Yalnız orada rus hərbi kontingentinin uşaqları üçün məktəb var. Onlar rus dilini qadağan edirlər. Bütün dillər kimi, erməni dili də Azərbaycanda qorunacaq”, - deyə dövlət başçısı bildirib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti