Toy və yas mərasimləri bu halda bərpa oluna bilər

 Toy və yas mərasimləri bu halda bərpa oluna bilər
  26 Fevral 2021    Oxunub:1723
“Azərbaycanda pandemiya ilə əlaqədar müxtəlif tədbirlər məhdudlaşdırılıb, o cümlədən məscidlər, kilsələr, digər abidələrlə əlaqədar da Operativ Qərargahın təlimatı var”.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, pandemiyada yumşalma özünü göstərir, vaksinasiya sürətlə gedir.

M.Qurbanlı qeyd edib ki, əgər Operativ Qərargah və xüsusi tibbi mütəxəssislər bununla əlaqədar qərarlarını versələr, bəzi məhdudiyyətlər qoyulmaqla bütün sahələrdə olduğu kimi, dini ibadət yerlərində də məhdudiyyətlər aradan qalxacaq.

"Bunlar bütövlükdə şəraitdən, pandemiya dövründə gedən prosesdən asılıdır. Bununla bağlı irəliləyişlər görülməkdədir. Əgər irəliləyişlər nəticə versə, həm dini ibadət yerlərində ziyarətlərin müəyyən şərtlər daxilində davam etdirilməsi, həm də toy və yas mərasimləri istiqamətində addımlar atılacaq. Bütün bunlar Operativ Qərargahın sərəncamında olan məsələlərdir".

Azvision.az


Teqlər: Komitə   Sədr   Mübariz-Qurbanlı  





Xəbər lenti