İran səfirliyi: “Bu cinayəti qınayırıq”

  26 Fevral 2021    Oxunub : 1253
  İran səfirliyi:  “Bu cinayəti qınayırıq”
İran İslam Respublikasının Bakıdakı səfirliyi Xocalı faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin "Tvitter" səhifəsində paylaşım edilib.

"İran İslam Respublikasının səfirliyi Xocalı faciəsinin və azərbaycanlı mülki şəxslərin öldürülməsinin 29-cu ildönümündə bu cinayəti qınayır, dost və qardaş Azərbaycan hökuməti və xalqı ilə, xüsusən də bu faciə qurbanlarının yaxınları ilə həmdərd olduğunu elan edir", - paylaşımda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Xocalı