“Bu gün də Azərbaycan xalqı ilə bir yerdəyik” - Əfqanıstan səfirliyi

 “Bu gün də Azərbaycan xalqı ilə bir yerdəyik” -  Əfqanıstan səfirliyi
  26 Fevral 2021    Oxunub:1636
Xocalı soyqırımının 29-cu ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının kədərini bölüşürük.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsindəki paylaşımda deyilir.

“Əfqanıstan xalqı tarixi boyunca oxşar hadisələri çox yaşayıb. Qadınlar, uşaqlar, yaşlılar da daxil olmaqla xeyli sayda mülki insanı həlak olub. Əfqanıstan parlamenti 26 fevral 1992-ci ildə baş verən hadisəni soyqırım olaraq tanıyıb. Bu gün də qardaşlarımız olan Azərbaycan xalqı ilə tarix boyu olduğu kimi bir yerdəyik. Allahdan onların ruhuna rəhmət diləyirik”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Xocalı  





Xəbər lenti