Türkiyə XİN Xocalı ilə bağlı bəyanat yaydı

 Türkiyə XİN Xocalı ilə bağlı bəyanat yaydı
  26 Fevral 2021    Oxunub:1499
26 fevral 1992-ci il tarixində Ermənistan qoşunları tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə edilən hücumlarda qadınlar və uşaqlar da daxil olmaqla 613 günahsız Azərbaycan mülki vətəndaşı öldürüldü və yüzlərlə insan yaralandı. Bu hücumlarda mindən çox insan girov götürüldü. Təəssüf ki, itkinlərin aqibəti öyrənilmədi.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Xocalı soyqırımın 29-cu ildönümü ilə bağlı yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, dünyanın gözü yaşanan Xocalı qətliamının yaralarının hələ də təzə olduğunu bilirik, Azərbaycanın dərdini qəlbimizin ən dərin hissəsində hiss edirik və bölüşürük.

“Xocalıdakı insanlıqdan kənar qırğında həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirik, Azərbaycan xalqına başsağlığı verir və həyatını itirənlərin əziz xatirələri qarşısında hörmətlə baş əyirik.

Azərbaycanın işğal altındakı ərazilərini azad etdiyi və köçkün düşmüş təxminən 1 milyon azərbaycanlının evə qayıdışına yol açdığı Vətən müharibəsində həyatını itirən şəhidləri bir daha rəhmət və hörmətlə anırıq”, - deyə XİN bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Xocalı  





Xəbər lenti