Gəncədə maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın edib
Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, 28 yaşlı Ruslan Tağıyev maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edən R. Tağıyev barəsində ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Azvision.az