Fransadan Ermənistandakı vətəndaşlarına xəbərdarlıq

Fransadan Ermənistandakı vətəndaşlarına xəbərdarlıq
  26 Fevral 2021    Oxunub:1664
Fransanın İrəvandakı səfirliyi Ermənistanda baş verən hadisələrlə əlaqədar açıqlama yayıb.
Azvision.az xəbər verir ki, səfirlik ölkədə yaranmış gərgin situasiyaya görə Fransa vətəndaşlarına xəbərdarlıq edib.

“İrəvandakı etirazlar kontekstində Fransa vətəndaşlarına mitinqlərdən uzaq olmağı, baş verən hadisələrdən xəbərdar olmağı və səfirliyin təlimatlarına əməl etmələrini tövsiyə edirik”, - məlumatda bildirilib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı dünən baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Baş nazir dərhal Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərərək ölkədə hərbi çevrilişə cəhdin olduğunu bəyan edib. Bundan sonra Paşinyan tərəfdarları qarşısına çıxıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Fransa-səfirliyi   Ermənistan   Açıqlama  





Xəbər lenti