ABŞ-ın Suriyadakı hava hücumunda ölənlər var

ABŞ-ın Suriyadakı hava hücumunda ölənlər var
  26 Fevral 2021    Oxunub:1356
ABŞ-ın Suriyadakı hava hücumunda bir neçə nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “The Washington Post” administrasiyadakı mənbəyə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, əməliyyat nəticəsində sərhəddə İranpərəst qruplar tərəfindən istifadə edilən bir neçə bina dağıdılıb, bir neçə nəfər ölüb.

Bundan əvvəl, Pentaqon Suriyaya endirilən zərbənin təfərrüatlarını açıqlayıb. ABŞ müdafiə naziri Lloyd Ostinin sözlərinə görə, amerikalı hərbçilər İraq tərəfinə əməliyyat üçün kəşfiyyat məlumatlarını öyrənməyə icazə veriblər. Ostin, hədəfləri müəyyənləşdirmək üçün bunun çox kömək etdiyini vurğulayıb.

26 fevralda Pentaqon sözçüsü Con Kirbi ABŞ hərbçilərinin Suriya ərazisinə zərbə endirdiyini təsdiqləyib. Pentaqona görə, İranpərəst qruplara edilən zərbə, İraqdakı Amerika və koalisiya qüvvələrinə endirilən hücumlara proporsional bir cavab idi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya  





Xəbər lenti