Siyavuş Novruzov: “Ayaz Mütəllibov günahkardı”

Siyavuş Novruzov: “Ayaz Mütəllibov günahkardı”
  22 Fevral 2014    Oxunub:926
“Ayaz Mütəllibov xalqın təhlükəsizliyini təmin etməməkdə günahkardır”.

Yeni Azərbaycan Partiyası (YAP) sabiq prezident Ayaz Mütəllibovun Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi fikirlərə reaksiya verib.

A.Mütəllibovun hakimiyyəti zamanı baş verən soyqırımın məsuliyyətini üzərindən atması, “AXC məni dəstəkləsəydi, Xocalı faciəsi olmayacaqdı” deyə özünü günahkar bilməməsinə YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov fikir bildirib.

YAP rəsmisi AzVision.az-a açıqlamasında bildirib ki, Ayaz Mütəllibov öz vəzifə borcunu yerinə yetirməməkdə günahkardır.

S.Novruzov vurğulayıb ki, həmin vaxtlardakı Azərbaycan hakimiyyəti də öz növbəsində əhalinin təhlükəsizliyini təmin etməkdə borclu idi: “Belə hallar varsa, bunun qarşısını almalı idi. Milli təhlüksəzilik orqanı və digər orqanlar bir neçə gün əvvəl xəbər tutdular ki, belə hadisə baş verəcək. Ayaz Mütəllibov öz vəzifə borcunu yerinə yetirməməkdə günahkardır. Yəni xalqın təhlükəsizliyini təmin etməməkdə günahkardır. O cümlədən Azərbaycan Xalq Cəbhəsi bu işdə bilavasitə cavabdehlik daşıyır. Onlar hakimiyyətə gəlməkdən ötrü Mütəllibovla bir-birilə didişərək həmin insanların təhlükəsizliyini təmin etmədilər və həmin vaxtda batalyonların əksəriyyəti AXC-nin tabeliyində idi”.

O bildirib ki, Xocalı sakinlərinin yalnız bir qismi özünü müdafi əedə bilib, çoxlu sayda dinc sakin isə həlak olub:

“Dinc sakinlərin üzərinə elə hücuma keçmək , şəhəri yandırıb yerlə yeksan etmək o məqsəd daşıyırdı ki, azərbaycanlıların gözünü qorxutsunlar və bundan sonra azərbaycanlılar ermənilərə qarşı hər hansı mübarizədən çəkinsin. Bu baxımdan əsas təqsirkarlar ermənilər idi”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti