ABŞ-ın 5 ştatında Xocalı ilə bağlı aksiya keçirilib
Ekranda üçrəngli dövlət bayrağımız, "Azərbaycan" sözü, "Xocalıya ədalət!", "Biz xatırlayırıq!" şüarları əks olunub, fotoşəkillər "Xocalı soyqırımı. 26 fevral 1992", "Ağdam. Xocalı qurbanlarının dəfn mərasimi", “63 uşaq öldürülüb, 76 uşaq əlil olub", "25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib", "Erməni yazıçısı David Xerdiyan Xocalıdakı qəddarlığı etiraf edib" və s. məlumatlarla müşayiət olunub.
Aksiya 5 ştatdakı dövlət qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların, Ermənistanın səfirlik və konsulluqlarının yerləşdiyi, eləcə də insanların sıx hərəkət etdiyi küçə və meydanları əhatə edib.
Azvision.az