Rusiya Müdafiə Nazirliyi Paşinyanı yalançı çıxardı

  25 Fevral 2021    Oxunub : 1954
   Rusiya Müdafiə Nazirliyi Paşinyanı yalançı çıxardı
Rusiya Müdafiə Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın “İskəndər” raketləri ilə bağlı açıqlamasına münasibət bildirib.

Azvision.az xəbər verir ki, Rusiya MN Ermənistan rəhbərini rəsmən təkzib edərək, Qarabağda “İskəndər” raket kompleksinin tətbiq olunmadığını açıqlayıb.
Bildirilib ki, raketlərin hamısı Ermənistanda hərbi anbarlarda saxlanılır.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan yerli KİV-ə müsahibəsində Qarabağda döyüşlər zamanı “İskəndər” kompleksindən istifadə etdiklərini, lakin raketlərin partlamadığını deyib.

Azvision.az

Teqlər: Rusiya   Paşinyan