Ermənistanın Baş Qərargahı: Mövqeyimiz dəyişməyib

Ermənistanın Baş Qərargahı:  Mövqeyimiz dəyişməyib
  25 Fevral 2021    Oxunub:2238
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının fevralın 25-də səhər saatlarında yayılan bəyanatı heç kim tərəfindən yönləndirilməyib və hər hansı təzyiq altında verilməyib.

Azvision.az xəbər verir ki, bu barədə Baş Qərargahın yaydığı növbəti açıqlamada deyilir.
"Bu, belə kritik vaxtda vətənin xilası üçün general və zabitlərin qəti mövqeyidir. Bir daha öz mövqeyimizi təsdiqləyirik", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. Paşinyan bunu ölkədə hərbi çevriliş cəhdi adlandıraraq, tərəfdarlarını təcili Respublika meydanına çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti