Sumqayıtda şagirdlərin yarıdan çoxu məktəbə getməyib

Sumqayıtda şagirdlərin yarıdan çoxu məktəbə getməyib
  25 Fevral 2021    Oxunub:1689
Ölkə ərazisində müşahidə edilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar Sumqayıt məktəblərində şagirdlərin davamiyyəti aşağı düşüb.
Sumqayıt şəhər Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, bu gün məktəblərdə şagirdlərin davamiyyəti 42 faiz olub.

Dünən isə şəhər mətkəblərində şagirdlərin davamiyyəti 67 faiz təşkil edib.

Qeyd edək ki, fevralın 23-dən başlayaraq ölkə ərazisində qarlı hava şəraiti müşahidə edilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Qar  





Xəbər lenti