Paşinyan qorxuya düşüb: “Vəziyyət gərgindir”

  25 Fevral 2021    Oxunub : 6141
  Paşinyan qorxuya düşüb:  “Vəziyyət gərgindir”
Hazırda Ermənistanda vəziyyət gərgindir.

Azvision.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan Respublika meydanında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
"Birincisi gərginlik, (qarşıdurma) təhlükəsi hər zaman var. Ancaq hamımız qarşıdurmanın baş verməyəcəyi ilə bağlı razılığa gəlməliyik. Ən əsası hamımızın sakit olmağıdır. Ölkədə düşmənimiz yoxdur. Bu, ən vacib həqiqətdir. Ancaq müzakirə edilməsi lazım olan məsələlər var", - deyə Paşinyan vurğulayıb.

Ermənistan Silahlı Qüvvələrinin indi kimin nəzarətində olması barədə suala Paşinyan "xalqa və baş nazirə. Başqa variant yoxdur", - deyə cavab verib.

Onun sözlərinə görə, çevriliş təhlükəsi idarəolunandır: "Düşünürəm ki, bəyanat emosional bir reaksiya idi".

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Paşinyan