Ermənistan MN Baş Qərargahın bəyanatını şərh etmədi

  25 Fevral 2021    Oxunub : 1076
Ermənistan MN Baş Qərargahın bəyanatını şərh etmədi
Ermənistan Müdafiə Nazirliyi silahlı qüvvələrin Baş Qərargahının ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanatına münasibət bildirməyib.
Azvision.az xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Qevorq Altunyan bununla bağlı sorğunun cavabında mövzunu hələ şərh etməyəcəklərini deyib.

Xatırladaq ki, Ermənistanın Baş Qərargahı Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Bunun ardınca Paşinyan qərargahın rəhbəri Onik Kasparyanı istefaya göndərib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ErmənistanMN